SON XƏBƏR

Qətər qəzetlərində Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyindən bəhs edilib

May 27
14:31 2019
28 May - Respublika Günü, Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan-Qətər diplomatik münasibətlərinin yaranmasının 25 illiyi münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun bu ölkənin ""Əl-Şərq”, "Əl-Ərəb” və "Əl-Raya” qəzetlərində geniş müsahibələri dərc edilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, müsahibələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Cümhuriyyət dövründə əldə olunmuş nailiyyətlər, Azərbaycanda diplomatik xidmət orqanlarının fəaliyyəti, Azərbaycan-Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti və turizmin inkişafı, həmçinin ölkəmizdə qeyd olunan "Nəsimi ili” haqqında geniş məlumat verilib. Yazıda 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, Azərbaycan tarixində mühüm yer tutduğu və Cümhuriyyətin yaranma günü – 28 may tarixinin ölkəmizin milli bayramı kimi qeyd olunduğu bildirilib. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyi və ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrdə inkişaf dövrünü yaşadığı vurğulanıb.

Səfir Azərbaycan-Qətər münasibətlərindən danışaraq, dövlət başçıları tərəfindən həyata keçirilmiş qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 30-dan çox sənədin imzalandığını diqqətə çatdırın səfir cari il ərzində həyata keçirilmiş səfərlər və tədbirlər barədə geniş məlumat verib.

Hökumətlərarası müştərək komissiyanın fəaliyyəti və onun fevral ayında Dohada keçirilmiş ikinci toplantısının nəticələrinə, həmçinin Azərbaycan tərəfindən aprel ayında Qətərə təşkil edilmiş ixrac missiyasının səfərinə toxunan diplomat hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının əsas prioritet məsələ olduğunu deyib.

Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.

Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook