SON XƏBƏR

Qətər əmiri Türkiyəyə səfərini təxirə salıb

İyun 10
12:14 2017
Qətər əmiri Tamim bin Həməd əl-Tani Türkiyəyə səfərini təxirə salıb.
 
Trend-in məlumatına görə, bu qərar regionda baş verən diplomatik böhranlarla əlaqədardır.
 
Ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
 
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook