SON XƏBƏR

Qətər Donald Trampdan yardım gözləyir

İyun 09
16:11 2017
Donald Tramp Qətər ətrafında münaqişənin nizamlanmasında əsas rolu oynayır. Bunu Qətərin ABŞ-dakı səfiri Meşal ben Həməd Əl-Tani bildirib.
 
Virtualaz.org "Financial Times”a istinadən xəbər verir ki, səfirin sözlərinə görə, bir sıra ərəb ölkələrinin rəsmi Doha ilə əlaqələrin kəsilməsi barədə qərarlarına Tramp təsir göstərə bilər.
 
"Son dövrlərdə ABŞ-dan qaynaqlanan ən vacib qarşılıqlı anlaşma addımlarının təşəbbüskarı şəxsən prezident Tramp olub və biz ona böyük hörmətlə yanaşırıq”, - Əl-Tani bildirib və əlavə edib ki, Donald Trampın müdaxiləsi vəziyyəti normallaşdıra bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook