SON XƏBƏR

Qənirə PaşayevaYaponiya Parlamentində Qarabağdan danışıb

May 22
16:00 2017
Millət vəkili Q. Paşayeva Yaponiya Parlamentində Qarabağdan danışıb.

Tokioda dünya qadınlarının Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayeva səfər çərçivəsində səfirliyin təşəbbüsü ilə Yaponiya Parlamentinin Müşavirlər Palatasının deputatı, Azərbaycan – Yaponiya Parlamentlərarası İşçi Qrupunun üzvü xanım Kanae Yamamoto ilə görüşüb.
 
Görüş zamanı, Q.Paşayeva K.Yamamotaya qəbula görə minnətdarlığını ifadə etmiş, Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə arasında münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, xüsusən də parlamentlərarası əməkdaşlığımızın daha da genişləndirilməsinin mühümlüyünü vurğulayıb. Millət vəkili həmsöhbətinə ölkəmizin hal-hazırki iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən, Respublikamızda kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafına yüksək önəm verildiyi, Azərbaycanda qadınların cəmiyyətdə geniş rolu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətlərdə gördüyü işlər haqqında geniş məlumat verib. Eyni zamanda Q.Paşayeva Yaponiya Parlamenti üzvünü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı şəkildə məlumatlandıb, Azərbaycanın ədalətli mövqeyini onun diqqətinə çatdırıb.
Görüşdə iştirak edən səfir G.İsmayılzadə 2017-ci ildə Azərbaycan – Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunacağını nəzərə alaraq, qarşılıqlı mötəbər tədbirlərin, səfərlərin planlaşdırıldığını qeyd etmiş və iki ölkənin parlamentlərarası işçi qrupunun nümayəndələrini adıçıkilən tədbirlərdə fəal iştirak etməyə çağırıb.
 
Bu xüsusda, Q.Paşayeva K.Yamamotonu və Azərbaycan – Yaponiya Parlamentlərarası İşçi Qrupunun Yaponiya tərəfindən üzvlərini ölkəmizə səfər etməyə dəvət edib. K.Yamamoto verilən məlumatlara və dəvətə görə minnətdarlığını ifadə etmiş, 2015-ci ildə AR Milli Məclisin Sədri cənab Oqtay Əsədovun Yaponiyaya səfəri zamanı görüşdə iştirak etdiyini xatırlatmış, bu cür yüksək səviyyəli səfərlərin ikitərəfli, xüsusən də parlamentlərarası əməkdaşlığımıza təkan verdiyini vurğulamış, gələcəkdə də Azərbaycan – Yaponiya münasibətlərinin inkişafına hər zaman olduğu kimi dəstək verəcəyini vəd edib. Görüşün sonunda millət vəkili Q.Paşayeva K.Yamamotoya üzərində Xarı Bülbül çiçəyinin əks olunduğu hədiyyə və mədəniyyətimizə dair materiallar təqdim edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook