SON XƏBƏR

Qənirə Paşayeva Fəthullah Gülənə görə a24.az-ı məhkəməyə verir - VİDEO

Avqust 25
17:05 2016
Millət vəkili Qənirə Paşayeva sosial şəbəkələrdə yayılmış bir videosunu dərc etdiyinə görə A24.Az saytını məhkəməyə verməklə hədələyib.
 
A24.Az-ın məlumatına görə, millət vəkilinin hiddətləndirən video 11-ci dünya türkcə olimpiadasının finalında etdiyi çıxışı zamanı çəkilib.  Video ilk dəfə "Youtube” sosial şəbəkəsinin "Türkçe Olimpiyatları”  səhifəsi tərəfindən "Azerbaycan Milletvekili Ganire Paşayeva Türkçe Olimpiyatları Şarkı Finali’nde” başlığı altında 8 iyun 2013-cü il tarixdə yayılıb. Videoçarxın 1.59 dəqiqəsində Qənirə Paşayeva "Hər bir işin bir memarı var. Və mən bu işin memarına, dünyaya sevgi yayan o gözəl insana da bir alqış istəyirəm” deyərək Fəthullah Gülənə alqış istəyib.
 
Qənirə Paşayeva A24.Az-a yazdığı mesajlarında 3 il öncə dərc olunmuş həmin videonun yenidən dərc olunmasını qərəz olaraq qəbul edib və saytı məhkəməyə verəcəyini bildirib. "Ömrümün xeyli hissəsi jurnalistkada keçib və gerçək jurnalistlər yazının qoxusundan anlayır hər şeyi” deyən millət vəkili, dolayısı ilə həmin çarxın yenidən gündəmə gətirilməsinin özü üçün təhlükəli olduğunu vurğulayıb.
 
A24.Az həmin videonu "Qənirə Paşayeva Fəthullah Gülənə alqış istədi” adı altında 24 avqustda dərc edib.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook