SON XƏBƏR

Qəbələyə və Qusara çəkiləcək dəmir yolu xətlərinin marşrutu açıqlanıb

Fevral 09
17:00 2018
Qəbələyə dəmir yolu xətti Ləki stansiyasından dönməklə çəkiləcək.
 
"Report" xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
 
Onun sözlərinə görə, yeni yol Qəbələ Beynəlxalq Hava Limanına qədər uzanacaq: "Aeroporta qədər 57 km-lik dəmir yolu çəkiləcək. İşlər ilin sonunda başa çatdırılacaq".
 
Bundan başqa, C.Qurbanov qeyd edib ki, hazırda Xaçmaz rayonu istiqamətində dəmir yolu xətti təmir olunur. Xudat stansiyasından Şahdağa qədər çəkiləcək yolun layihələndirmə işləri aparılır: "Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı qış istirahət mərkəzini yeraltı tunellə dəmir yolu şəbəkəsinə birləşdirəcəyik".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook