SON XƏBƏR

Qəbələdəki meşə yanğını qəsdən törədilib?!- Açıqlama

Sentyabr 05
08:40 2017
Xəbər verdiyimiz kimi artıq bir neçə gündür Qəbələ və Oğuzda meşə yanğınları davam edir. Yanğının söndürülməsi üçün FHN-nin və digər aidiyyatı qurumların əməkdaşları ərazidə yanğının söndürülməsi ilə bağlı iş aparır.

"Qaynarinfo" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov unikal.org-a açıqlamasında yanğının qəsdən törədilməsini istisna etməyib:
 
"Meşənin qəsdən yandırıldığı istisna edilmir. Güman edirik ki, yanğın meşə oğruları (brokonyerlər) tərəfindən törədilib. Çünki yanğının traektoriyasından belə məlum olur ki, bu hadisə ehtiyatsızlıqdan baş verməyib. Bununla bağlı araşdırma aparılacaq. Əgər fakt təsdiqini taparsa, hadisəni törədən şəxs və yaxud şəxslər müəyyənləşdirilərək cəzasın alacaqlar”.
 
***
 
Qeyd edək ki, Qəbələ və Oğuz meşələrində başlayan yanğının təbiətin ən panoramalı yerində baş verməsi yanğının qəsdən törədildiyi ehtimalını daha da gücləndirir.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook