SON XƏBƏR

Qəbələdə maral ovu: Ekologiya nazirliyi brakonyerləri niyə tuta bilmir?

Dekabr 17
08:16 2018
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.

Qlobal.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dolaya yaxınlaşan əməkdaşlar bir baş dişi maralın vurulduğunu müşahidə ediblər.

Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.

Adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi məqsədilə təhqiqat aparılır.
 
***
 
Xatırladaq ki, ötən ayın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı "Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə Ekologiya və Təbii Sərvətlər nazirliyi məlumat yaymışdı.
 
O zaman da brakonyerlərin ərazidən uzaqlaşdığı bildirilirdi.
 
Ancaq sonradan DİN-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf  Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edildi.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 258-ci (Qanunsuz ov etmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook