SON XƏBƏR

“Qaziantepspor” klubunun futbolçusu intihar edib

Aprel 24
01:41 2017
Türkiyə Super Liqa klublarından "Qaziantepspor”un futbolçusu Frantişek Rajtoral intihar edib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Çexiya millisinin də formasını geyinən futbolçu Qaziantepdə qaldığı evdə özünü tavandan asıb.

Oyunçunun bütün gün evdən çıxmadığını görən qonşular bu barədə polisə xəbər veriblər. İntiharın ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook