SON XƏBƏR

Qazaxıstanda 79 Azərbaycan vətəndaşı saxlanıldı

Yanvar 05
13:59 2018
Qazaxıstanın Karakiyan vilayətinin Kurık qəsəbəsində müəssisələrdən birində qeyri-leqal olaraq çalışan 79 Azərbaycan vətəndaşı saxlanılıb. Onların bir qismi cərimələnib, digər qismi isə inzibati qaydada həbs olunub.
 
Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Qazaxıstanın ərazisinə gəldikdən sonra polisdə müvəqqəti qeydiyyatdan keçiblər və "Enerqomost LTD” şirkətində işləyiblər.
 
İstintaqla müəyyən olunub ki, onlar iş üçün müvafiq icazələri olmadan fəaliyyət göstəriblər və bununla da yerli miqrasiya qanunvericiliyini pozublar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook