Qazaxıstan XİN cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb
Sentyabr 27
23:34
2020
"Qazaxıstan Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin alovlanmasından dərin narahatlıq hissi keçirir". "Report" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Dost Azərbaycan Respublikası və Ermənistan Respublikasını vəziyyəti sabitləşdirmək, güc tətbiqindən imtina etmək və danışıqlara başlamaq üçün bütün tədbirləri görməyə çağırırıq.