SON XƏBƏR

Qazaxıstan parlamenti Xəzərin statusu haqqında konvensiyanı təsdiqləyib

Yanvar 31
09:41 2019
Qazaxıstanın parlamentinin Senatı plenar iclasın gedişatında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın təsdiqini bəyəniblər.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Qazaxıstan parlamentinin aşağı palatasının deputatları 2018-ci ilin dekabrında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın təsdiqini müzakirə edərək bəyəniblər.

Ötən il avqustun 12-də Qazaxstan Aktau şəhərində Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran liderlərinin görüşü keçirilib. Onun nəticəsində Xəzərin hüquqi statusu haqqında konvensiya imzalanıb. Sənədin üzərində iş 20 ildən çox idi aparılırdı.

Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya daha əvvəl, ötən ilin 3 dekabrında Türkmənistan parlamenti tərəfindən təsdiqlənib. Qeyd edək ki, daha əvvəl Qazaxıstan parlamentinin senatı Qazaxıstan və Rusiya arasında Xəzərin dibinin bölünməsi haqqında razılaşmaya əlavələrin təsdiqi haqqında qanun layihəsini bəyənib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması mühüm tarixi hadisədir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook