SON XƏBƏR

Qaz xəttində baş vermiş qəza aradan qaldırıldı

Mart 18
10:32 2019
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi Bakının Sabunçu, Nizami və Xətai rayonlarının təbii qazla təchizatında yaranmış fasiləyə aydınlıq gətirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev bildirib ki, bu gecə saat 01:00 radələrindən Qaradağ-Digah magistral qaz kəmərində qəza baş verib.

"Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər elə gecə saatlarında yekunlaşıb, amma təhlükəsizlik baxımından "mavi yanacağ”ın təzyiqi dərhal artırılmayıb. Bu prosesə səhər saatlarından start verilib”, - o qeyd edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook