SON XƏBƏR

QAT Rusiyaya etiraz etdi

Yanvar 19
00:20 2017
Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinə dair son açıqlaması ilə bağlı bəyanat verib

Bəyanatda S.Lavrovun Dağlıq Qarabağla bağlı fikirlərinə etiraz bildirilib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını deməklə, həmçinin Dağlıq Qarabağdakı qondarma rejimin yekun statusu məsələsini qabartmaqla, çox böyük yanlışlığa yol verib. Bu açıqlama Rusiyanın işğalçı və imperialist niyyətlərini, işğalçı Ermənistanı birmənalı şəkildə dəstəklədiyini bir daha nümayiş etdirir. Ona görə də, Rusiya prezidenti bu məsələyə aydınlıq gətirməlidir, öz məmurunun fikrini təsdiq və ya da təkzib etməlidir”.

Həmçinin, vurğulanır ki, əgər Rusiyanın dövlət başçısı nazirin fikirlərini təsdiq edərsə, onda Rusiyanın Minsk Qrupunda vasitəçiliyinə dərhal xitam verilməlidir: "Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. Əks halda, biz Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarına başlayacağıq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook