SON XƏBƏR

QAT erməni deputatların Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirib

Sentyabr 22
17:27 2017
Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü erməni deputatların Bakıya səfərinə etiraz olaraq aksiya keçirib

APA-nın xəbərinə görə, aksiya iştirakçıları ermənilərin də qatıldığı tədbirin keçirildiyi Milli Məclisin qarşısında toplaşaraq, "Rədd olsun işğalçı Ermənistan nümayəndələri!”, "Erməniləri dəvət edənlərə ar olsun!”, "Ermənilər Bakını dərhal tərk etsinlər!” və digər şüarlar səsləndirib, plakatlar qaldırıblar. Aksiya iştirakçıları erməni bayrağını ayaqları altına alaraq tapdalayıblar, polislər bayrağı yandırmağa imkan verməyiblər.

Polislər aksiyanın qarşısını alaraq, iştirakçıları ərazidən zorla uzaqlaşdırıblar.

Aksiya iştirakçılarının yaydığı bəyanatda bildirilir ki, erməni deputatların Bakıda keçirilən Avronest Parlament Assambleyasının iclasına dəvət olunmaları, onların iştirakına şərait yaradılması şəhidlərimizin ruhlarına təhqir, bütün Azərbaycan xalqına xəyanətdir: "Nə qədər ki, torpaqlarımız işğal altında, qız gəlinlərimiz əsirlikdə, Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi soydaşlarımız girovluqdadır, ermənilərin hər hansı ad altında Azərbaycana, paytaxtımıza gətirilməsi yolverilməzdir. Bu praktikaya bir dəfəlik son qoyulmalıdır. Biz işğalçı Ermənistan rejiminin təmsilçilərini, bu həyasız deputatların dərhal konfransdan çıxarılmasını, onların Azərbaycandan dərhal getmələrini tələb edirik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook