SON XƏBƏR

Qasım Süleymaninin dəfn mərasimində izdiham - 35 nəfər öldü

Yanvar 07
14:27 2020
İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlər var.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd deyib.

Dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb. 

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook