SON XƏBƏR

Qarpız-yemiş yeyərkən nəzərə alınacaq vacib şərtlər - Dietoloq

Avqust 04
12:34 2020
Çox miqdarda qarpız və yemiş yemək təkcə orqanizmə faydalı olmur, həm də zərər verə bilər.

Qaynarinfo xəbər verir ki, qidalanma mütəxəssisi Sergey Oblojko hansı zərərlərdən söhbət getdiyini də açıqlayıb.

O, tərkibində xeyli miqdarda maye olan qarpızın böyrəkləri həddən artıq yükləyə biləcəyini deyib.

Onların həddindən artıq yeyilməsi mədəni də çox ağırlaşdıra və köp verə bilər.

Bundan əlavə, bu qidalarda kalium var, buna görə ürək ritmi pozğunluğu olan insanlar diqqətli olmalıdırlar.

Doktor yatmazdan ən azı beş saat əvvəl qarpız yeməyi məsləhət görüb. Həm də qarpız və yemişi boş mədəyə yeməyin doğru olmayacağını da xatırladıb, onlar ancaq adi yeməkdən sonra desert olaraq yeyilə bilərlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook