SON XƏBƏR

Qarlı-şaxtalı hava ən çox "Türk Hava Yolları"na ziyan vurdu

Yanvar 10
11:30 2017
Türkiyədə qarlı-şaxtalı hava şəraiti ən çox "Türk Hava Yolları" (THY) aviaşirkətinə ziyan vurub.

Trend-in məlumatına görə, THY-nin son 4 gündə İstanbul aeroportlarından mindən çox uçuşu ləğv etməsi səbəbindən 15 min sərnişin hotellərə yerləşdirilib, 40 min nəfərə zəruri ərzaq paylanıb. Bu 4 günlük zərərin dəyəri təqribən 100 milyon lirə təşkil edir.

Son olaraq gecə saat 00:00-a qədər bütün reyslərin ləğv edildiyini açıqlayan THY-nin bir çox təyyarələri başqa hava limanlarına enmək məcburiyyətində qalıb.

Ümumilikdə "Türk Hava Yolları"nın yanvarın 4-dən 989 aviareysi ləğv edilib. Ötən gün isə bu göstərici 1400-ü keçib. Bu gün də 121 reysin ləğv edildiyi bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook