SON XƏBƏR

Qarlı hava şəraiti nə qədər davam edəcək? (AÇIQLAMA)

Fevral 19
13:35 2019
"Fevralın 20-si səhər saatlarından başlayaraq, respublika ərazisində yağıntılar kəsiləcək və havanın temperaturu bir neçə dərəcə yüksələcək". 

Bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, dünən axşamdan və fevralın 19-na keçən gecədən başlayaraq, Rusiyadan hərəkət edən siklonla bağlı olan soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsi nəticəsində havanın temperaturu 8-10 dərəcə aşağı enib. 

"Respublikanın Böyük Qafqazda yerləşən rayonlarında düşən yağıntının miqdarı 4-11 mm olub. Yağan qarın hündürlüyü Altıağacda 14 sm, Qubada 11 sm, Şahdağda 10 sm, Qusar və Xınalıqda 7 sm, Qrızda 6 sm, Mərəzədə 3 sm, İsmayıllıda isə 1 sm-dir”. 

O bildirib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında sulu qarın yağması davam edəcək: 

"Şəhərətrafı ərazilərdə və Bakı şəhərinin nisbətən yüksək olan hissələrində axşama doğru zəif qar örtüyü əmələ gələ bilər”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook