Qaraçuxurda "XXX"-in oğlu Mehman Əliyevi üstələyərək bələdiyyə seçildi
Dekabr 24
11:30
2019
Dekabrın 23-də Azərbaycanda baş tutan Bələdiyyə Seçkilərinin nəticələri MSK tərəfindən açıqlanmaqdadır.
Qlobal.az xəbər verir ki, 31 saylı Qaraçuxur bələdiyyəsindən namizədliyi qeydə alınmış bloqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə seçilməyib.
MSK-nın yaydığı siyahıda digər maraqlı məqam 31 saylı Qaraçuxur bələdiyyəsinə üzv seçilmiş şəxsin- Qafarov Corcun atasının adının "XXX" şərti adı altında verilməsidir.
Qeyd edək ki, Mehman Hüseynov hələ ki, açıqlanan nəticələrə münasibət bildirməyib.
Qlobal.az