SON XƏBƏR

"Qarabağ"ın rəqibi rekord məbləğə futbolçu transfer etmək istəyir

Noyabr 14
00:25 2017
Çempionlar Liqasında "Qarabağ”ın rəqibi olan İngiltərənin "Çelsi” klubu 120 milyon avroya futbolçu transfer etmək istəyir.
 
"Report” "The Sun”a istinadən xəbər verir ki, London təmsilçisi İtaliya "İnter”inin hücumçusu Mauro İkardinin xidmətində maraqlıdır.
 
Argentina yığmasının 24 yaşlı forvardının "Çelsi”yə keçidi baş tutarsa, İngiltərə futbolunda yeni transfer rekdordu qeydə alınacaq.
 
Qeyd edək ki, İngiltərənin transfer rekordu "Mançester Yunayted”ə məxsusudur. "Qırmızı şeytanlar” ötən il Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba üçün İtaliyanın "Yuventus" klubuna 105,2 milyon avro ödəyiblər. 2013-cü ildən "İnter”in formasını geyinən Mauro İkardi iştirak etdiyi 135 oyunda 82 qola imza atıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook