SON XƏBƏR

“Qarabağın həllinə töhfə verməyə hazırıq“

Oktyabr 11
01:22 2017
"Avropa Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə daim töhfə verməyə hazırdır"

Bunu Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupuna həvalə edilib. 

Qeyd edək ki, R.Hüseynov Avropa Şurasının baş katibinə ünvanladığı sualda terrorizmin bu gün bütün dünyanı narahat edən bəla olduğunu bildirib: "Bütün beynəlxalq təşkilatlar və ölkələr terrorizmə qarşı mübarizədə həmrəyliklərini bəyan edirlər. Amma təəccüblüdür ki, Avropada, dünyanın müxtəlif ölkələrində, Cənubi Qaqazda böyük insan itkiləri ilə nəticələnən qanlı terror aktları törətmiş Varujan Qarabedyan, Monte Melkonyan, Vazgen Sislyan kimi terrorçulara Ermənistan dövlətinin xüsusi qayğı göstərməsinə Avropa Şurası göz yumur. Ermənistan dünyada məşhur olan belə terrorçuların ölülərini rəsmən milli qəhrəman edir, adlarına küçə verir, dirilərinə ölkədə geniş biznes imkanları yaradır, terrorizmə dövlət səviyyəsində dəstək göstərir. Bəs Avropa Şurasından bütün belə hərəkətlərə etirazı ifadə edən hansısa sərt bəyanatı nə zaman eşidəcəyik?”.

Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook