SON XƏBƏR

Qarabağın bizdən qoparıldığının fərqində olmayanlar... - Elçin Mirzəbəyli

Dekabr 29
11:50 2018
Analitik Elçin Mirzəbəyli retro vaqonlarla bağlı xatirələrini bölüşüb.

Kult.az xəbər verir ki, analitik bu qatarların ona 1989-cu ilin noyabrını xatırlatdığını qeyd edib:

"Gecələr "Azadlıq" meydanında növbə çəkirdik ki, təxribat olmasın. Arabir meydan boyu səpələnmiş ocaqlara yaxınlaşıb isinirdik. Üstümüzdən his-pas qoxusu gəlirdi. Səhər tezdən evə gedəndə ölkədə baş verənlərin, Dağlıq Qarabağın Azərbaycandan qoparıldığının fərqində olmayan, lap elə vecinə olmayanların heç biri yanımızda dayanmırdı. Ocaq qoxusu onları vururdu. Mənim kimilərdən indi də ocaq qoxusu gəlir. Amma hər kəs duya bilmir. Bu vaqonu görəndə o günləri xatırladım".

Qeyd edək ki, Bakı Metropoliteni QSC ənənəsinə sadiq qalaraq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinləri retro vaqonlarda daşıyacaq. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook