SON XƏBƏR

Qarabağdan Ermənistana silah daşıyanlar həbs olundu

Mart 31
15:48 2021
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana silah daşıyan 39 nəfər həbs olunub və onlara qarşı rəsmi ittiham irəli sürülüb.

Qlobal.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Həmin şəxslərdən 5 nəfərinə artıq hökm oxunub. Məhkəmə onların 2-ini 1 il, 2-ini 2 il, digərini isə 4 il müddətinə azadlıqdan məhrum edib.

Məlumata görə, 2020-ci il sentyarbın 27-dən noyabrın 9-dək davam edən döyüşlər zaman Qarabağdan silah, sursat, partlayıcı maddə və avadanlıq qaçaqmalçılığı üzrə 2021-ci il martın 15-də 95 cinayət işi başlanılıb.

Keçirilən əməliyyatlar nəticəsində "AK-74”, "AKM”, "AK-SU” avtomatları, müxtəlif çaplı tüfənglər, pulemyotlar, tapançalar, kəsici bıçaqlar, süngülər, müxtəlif tipli tank əlyehinə qumbaralar, qumbaratanlar, trotil partlayıcısı, elektrik detanator, mərmi və güllələr aşkarlanaraq müsadirə edilib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook