SON XƏBƏR

Qarabağda yaralanan erməni hərbçilərin vəziyyəti ağırdır

Yanvar 10
00:42 2018
İşğal altında olan Qarabağda yaralanan erməni hərbi qulluqçu İrəvana köçürülüb.

Qlobal.az Ordu.az-a istinadən xəbər verir ki, ötən gün Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda mina partlayışı nəticəsində yaralanan iki hərbi qulluqçudan birini bu gün Xankəndindən Ermənistanın Müdafiə Nazirliyinin mərkəzi hərbi hospitalına köçürüblər.

Qarabağdakı hərbi hospitaldan bildiriblər ki, yaralı hərbçinin ayağı amputasiya edilib, vəziyyəti ağırdır və onun İrəvana köçürülməsi barədə qərar qəbul edilib. 

Xatırladaq ki, mina partlayışından yaralanan digər erməni hərbi qulluqçu, N. Marukyanın da ayağını amputasiya ediblər və o, yanvarın 8-də hərbi hospitala yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook