SON XƏBƏR

"Qarabağ"a qol vurmuş futbolçu üçün mövsüm bitdi

Mart 30
09:37 2017
İngiltərə premyer-liqasında çıxış edən "Tottenhem"in futbolçusu zədə səbəbindən mövsümü qapadıb. 

Sport7.az xəbər verir ki, qıçındakı narahatlığı səbəbindən oktyabrın bəri komandadan uzaq qalan 25 yaşlı futbolçunun şənbə günü əməliyyat olunduğu və qalan oyunları buraxacağı açıqlanıb. 

2013-cü ildə "Roma"dan ingilis klubuna transfer edilən argentinalı zədələnmədən öncə bu mövsüm ölkə çempionatı, kubok və Avropa arenasında 14 matça çıxıb və 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalmışdı. 

Premyer-liqada "Çelsi"dən 10 xal geri qalan və ikinci pillədə qərarlaşan "Tottenhem" 1/4 finala çıxdığı Federasiya Kubokunda mübarizəni davam etdirir.

2015/16 mövsümündə Avroliqada "Qarabağ"la eyni qrupda mübarizə aparan "Tottenhem"in argentinalı futbolçusu sentyabrın 17-də Londonda baş tutan görüşdə bir qolun müəllifi olmuşdu.  


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook