SON XƏBƏR

"Qarabağ" uduzdu!

Noyabr 25
00:11 2016
Ağdamın "Qarabağ" klubu Çexiyanın "Slovan" kollektivi ilə səfər oyununda böyük hesabla məğlub olur.
 
"Report" xəbər verir ki, rəqib ikinci hissəyə gözləniləndən daha fəal başlayıb və Nikolay Komliçenkonun 57 və 63-cü dəqiqələrdə vurduğu qollarla hesabda üstünlüyünü 3:0-a çatdırıb.
 
***
 
22:12
 
"Qarabağ" Çexiyanın "Slovan" klubu ilə səfər matçında məğlub vəziyyətə düşüb.
 
"Report" xəbər verir ki, rəqib futbolçu Egon Vuch sol cinahdan qapı qarşısına ötürülən topu başla tora göndərib – 1:0.
 
***
 
22:07
 
Bu gün futbol üzrə Avropa Liqasında V turun oyunlarına start verilib.
 
"Report"un məlumatına görə, "Qəbələ"nin ardından Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da səfərdə "Slovan" ilə oyuna çıxıb. Hazırda matçda hesab açılmayıb.
 
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda səfərdən qələbə ilə dönəcəyi təqdirdə bu qrupdan növbəti mərhələyə "Fiorentina" və "Qarabağ" yüksələcək. Ağdam klubu "play-off"a heç-heçə sayəsində də çıxa bilər. Bunun üçün PAOK-un" Fiorentina" ilə səfər matçında qalib gəlməməsi lazımdır. "Qarabağ" bunadək 2 mövsümdə qrupda iştirak etsə də, 1/16 finala çıxmaq şansını son turda əldən verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook