SON XƏBƏR

"Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək

İyun 19
06:41 2017
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 2017-2018 mövsümü üçün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
 
"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 14:00-da başlanacaq tədbirdə I təsnifat mərhələsinin 5, II təsnifat mərhələsinin isə 17 cütünün tərkibi müəyyənləşəcək.
 
Azərbaycan çempionu "Qarabağ" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ağdam təmsilçisi "səpələnmişlər" səbətində yer alacaq. Bu da Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin "səpələnməmişlər" səbətindəki 17 komandadan biri ilə qarşılaşmasına imkan verəcək. Amma Ermənistan çempionu "Alaşkert" I təsnifat mərhələsini adlaya bilsə, UEFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, növbəti mərhələdə Azərbaycan təmsilçisinə rəqib ola bilməz.
 
Çempionlar Liqası
 
I təsnifat mərhələsi
 
Səpələnmişlər: TNS (Uels), "Linfild” (Şimali İrlandiya) - "Vikinqur” (Farer adaları), "Hibernians” (Malta), "Santa-Koloma” (Andorra)
 
Səpələnməmişlər: "Alaşkert” (Ermənistan), "La Fiorita” (San-Marino), "Europa” (Cəbəllütariq), "İnfonet” (Estoniya), "Trepça” (Kosova)
İlk oyunlar 27 - 28 iyunda, cavab görüşləri 4-5 iyulda keçiriləcək.
 
II təsnifat mərhələsi
 
Səpələnmişlər: "Seltik” (Şotlandiya), "Zalsburq” (Avstriya), "Kopenhagen” (Danimarka), "Lüdoqorets” (Bolqarıstan), BATE (Belarus), "Legiya” (Polşa), APOEL (Kipr), "Maribor” (Sloveniya), "Qarabağ” (AZƏRBAYCAN), "Malmö” (İsveç), "Astana” (Qazaxıstan), "Partizan” (Serbiya), "Riyeka” (Xorvatiya), "Rusenborq” (Norveç), "Şerif” (Moldova), "Hapoel” (Beer-Şeva, İsrail), "Hafnarfyordur” (İslandiya)
 
Səpələnməmişlər: "Jilina” (Slovakiya), "Jalgiris” (Litva), "Dandolk” (İrlandiya), "Vardar” (Makedoniya), "Dudelanj” (Lüksemburq), "Kukesi” (Albaniya), "Zrinski” (Bosniya və Herseqovina), "Buduçnost” (Monteneqro), "Honved” (Macarıstan), "Mariehamn” (Finlandiya), "Spartak” (Yurmala, Latviya), "Samtredia” (Gürcüstan), I təsnifat mərhələsinin 5 qalibi
 
İlk oyunlar 11-12 iyulda, cavab görüşləri 18-19 iyulda keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook