SON XƏBƏR

Qarabağ həqiqətləri Danimarkada - FOTO

Oktyabr 25
21:02 2016
"Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyinin sədri Nazim Əhmədli və Danimarkadakı "Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi Danimarka Sosial Demokrat Partiyasının təmsilçisi, xanım deputat Yıldız Akdoğan ilə görüşüb.

Karabakhmedia.az xəbər verir ki, oktyabrın 21-də Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Danimarkanın paytaxtı Kopenhagenin Vallensbeak bələdiyyəsinin "Kultur og Fnivillghed" zalında Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi Qarabağ həqiqətləri mövzusunda tədbir keçirib.

Tədbir Danimarkada fəaliyyət göstərən Vətən cəmiyyətinin sədri Səfər Sadiqinin təqdimatı ilə başlayıb.

Daha sonra Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli çıxış edərək Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışıb, Azərbaycan xalqının uzun illərdən bəri erməni təcavüzünə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Qeyd edək ki, tədbirdə Azərbaycan həqiqətlərini əks etdirən filmlər nümayiş olunub, iştirakçılara kitab və bukletlər paylanılıb.

Danimarka səfəri çərçivəsində türk əsilli deputat Yıldız Akdoqanla görüşdüyünü deyən N. Əhmədli "525"ə bildirib ki, Yıldız xanım Danimarka parlamentində yeganə əcnəbi millət vəkilidir: "O üçüncü dəfədir ki, Sosial Demokrat Partiyasından Danimarka parlamentinə millət vəkili seçilir. Biz Yıldız xanımdan Danimarka parlamentində Azərbaycanın dostları adlı deputat qrupu yaratmağı xahiş etdik. Yıldız xanım bizim təklifimizi çox səmimi qəbul etdi".

N.Əhmədli qeyd edib ki, bu qrupun yaradılması ilə Danimarka millət vəkilləri Azərbaycana səfər edərək ölkəmizin tarixi, xalqımızın erməni işğalçıları və onların havadarları ilə mübarizəsinə daha yaxından bələd ola bilərlər: "Bununla da Danimarka Parlamentindən Azərbaycanın ədalətli mövqeyinin müdafiəsinə böyük dəstək qazana bilərik"./525.az/
 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook