SON XƏBƏR

"Qarabağ" "Çelsi"yə məğlub oldu

Noyabr 23
00:10 2017
Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilir. Qaynarinfo xəbər verir ki, "Qarabağ" bu gün son ev oyununu keçirib.

Azərbaycan çempionu Bakı Olimpiya Stadionunda "Çelsi"ni qəbul edib. Oyuna hakimin yalnış qərarı damğa vurub. Belə ki, portuqaliyalı hakim Manuel De Souza 19-cu dəqiqədə həm "Qarabağ"ın kapitanı Rəşad Sadıqovu meydandan qovub, həm də penalti təyin edib. Topa yaxınlaşan Eden Hazardın zərbəsi dəqiq olub.

Dünyanın ən güclə komandalarından birinə qarşı azlıqda qalan "Qarabağ" ikinci qolu 37-ci dəqiqədə buraxıb. Bu dəfə Villian fərqlənib. 71-ci dəqiqədə "Qarabağ"ın qapısına daha bir penalti təyin olunub və bu dəfə Kesk Fabreqas dəqiq oynayıb. 85-ci dəqiqədə dublunu rəsmiləşdirən Villian matçın yekun hesabını müəyyənləşdirib.

Bununla da "Qarabağ" Çempionlar Liqasında mərhələ adlamaq şansını itirib. Buna baxmayaraq, "Qarabağ"ın mübarizəni Avropa Liqasında davam etdirmək şansı var. Bu şans isə bu gecə keçiriləcək "Atletiko" - "Roma" matçında itirilə bilər.

"Atletiko" İtaliya klubunu udsa, "Qarabağ"ın son pilləni tutması rəsmiləşəcək. Madrid klubu xal itirsə, "Qarabağ"ın ümidi son tura qalacaq.
 
Çempionlar Liqası
Qrup mərhələsi
C qrupu, V tur

22 noyabr
 
Qarabağ (Azərbaycan) - Çelsi (İngiltərə) 0:4
Qollar: Eden Hazard, 21-pen. Villian, 37; 85. Kesk Fabreqas, 71-pen.
Qırmızı vərəqə: Rəşad Sadıqov, 19.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu (99. Dani Kintana, 85), 11. Mahir Mədətov (91. Coşqun Diniyev, 46), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye (32. Elvin Yunuszadə, 81).
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 90. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Çelsi: 13. Tibo Kurtua, 2. Anton Rüdiger, 3. Markos Alonso (24. Hari Kahill, 58), 4. Kesk Fabreqas, 7. Nqolo Kante (6. Danni Drinkvoter, 75), 10. Eden Hazard (9. Alvaro Morata, 65), 11. Pedro Rodrigez, 21. Davide Zappakosta, 22. Villian, 28. Sezar Azpilikueta (k), 30. David Luiz.
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 14. Timo Bokoyako, 27. Andersen Kristensen, 66. Düjon Sterlinq.
Baş məşqçi: Antonio Konte.
Sarı vərəqələr: Yakub Jezniçak, 41. Maksim Medvedev, 71 - Markos Alonso, 53.
Hakimlər: Manuel De Souza, Alvaro Meskuita, Rikardo Santos, Nuno Pereyra (Portuqaliya).
Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (Portuqaliya).
Bakı Olimpiya Stadionu.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook