SON XƏBƏR

Qarabağ əlili Sahil Babayevi daxmasına dəvət etdi

İyun 04
10:31 2018
Ucar rayon sakini Qasımov Şöhrət Mülkədar oğlu acınacaqlı vəziyyəti ilə bağlı ölkə rəhbərliyinə məktub ünvanlayıb. 
 
Qlobal.az elektron poçtuna ünvanlanmış məktubu təqdim edir:
 
"Qarabağımızın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb sağ ayağımı itirib 2-ci qrup əlil olmuşam.Mən bununla fəxr edirəm. Qarabağ əlillərinin və şəhid ailələrinin sosial rifahı yaxşılaşdıllması üçün dövlət büdcəsi vəsaiti hesabına mənzillərlə, avtomobillə, sosial müavinətlə təmin edilirlər. Bütün bunlara baxmayaraq bizim ailə acınacaqlı şəraitdə yaşayırıq ki, bu mənzərəni gözləri ilə görən hər bir Azərbaycanlı dəhşətə gələr. Bəlkə də Azərbaycan Respublikasında ikinci belə yarasız şəraitsiz və təklükıli vəziyyətdə olan ev yoxdur ki, mənim ailəm yaşayır.Mənim ailəmin yaşadığı yerə ev yox daha doğrusu qamışdan düzəldilmiş tövlə demək olar. Yağışda-qarda yaşadığımız daxmanı su basır. Yayda istidən yaşamaq olmur. 
 
Baxmayaraq ki, 2009-cu il tarixdən ev növbəsindəyik. Ancaq mənim mənzil növbəmin yerini qnunsuz olaraq rüşvət alıb dəyişdirib geri yazıblar. Mənim növbəmin yerini başqa şəxsə pul alıb yazıb ona ev inşa ediblər. Bunu edən vəzifəli şəxsin maddi maraqlarına görə bu gün mənim ailəm çıxılmaz acınacaqlı bir vəziyyətdə yaşayır.
 
Qarabağ əlliləri və şəhid ailələri üçün dövlət vəsaiti hesabına mənzil tikilməsi proqramı Respublikamızda həyata keçirilir.həmçinin yeni proqrama əsasən şəhid ailələri və qarabağ əlilləri üçün mənzillər onların yaşadığları ərazidə tikilməsi nəzərdə tutulur ki, bu təqdirə layiq haldır.Buna görə də istəyirik ki. bizim ailəyədə rayonun mərkəzindən 22 km aralıda yerləşən hazırda yaşadığımız Qaracallı kəndində mənzil tikilib verilsin. İki azyaşlı məktəbli uşaqlarım rahat yaşasın rahat şəkildə dərslərini oxuyub cəmiyyətimizə layiqli vətəndaş olsunlar. Qarabağ müharibəsi əlilinin yaşadığı evi gəlib gözləri ilə görən olsa dəhşətə gələcək. Mənim ev növbəmin yerin i dəyişdirib satan vəzifəli şəxs mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir ki, daxmada ağır şəraitdə yaşayan azyaşlı uşaqlara qarşı bir vəhşilik edib.
 
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edirəm ev növbəmi qanunsuz olaraq yerini dəyişdirib geriyə yazan vəzifəli şəxslərin barəsində qanuna müvafiq tədbirlər görülməsinə tapşırı verəsi və darısqal, acınacaqlı şəraitdə yaşayan ailəmizə öz kəndimizdə dövlət büdcəsi vəsaiti hesabına mənzil inşa edilib istifadəmizə verilməsinə köməklik göstərəsiniz. Nazir cənab Sahil Babayevdən çox-çox xahiş edirəm Ucar rayonunun Qaracallı kəndinə  mənim daxmama qonaq gəlib yazdıqlarımı gözü ilə görsün.
                                                                                                                                                                               
 
Əlaqə telefonu; (050) 464-76-55
                                                                                                                                                                                           İmza; Qasımov Şöhrət Mülkədar oğlu"
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook