SON XƏBƏR

“Qarabağ danışıqlarında Ermənistanı yenə də Sərkisyan təmsil edəcək”

Aprel 20
09:41 2018
Erməni politoloqların fikrincə, Minsk Qrupunun həmsədr ölkələrinin yarışın ortasında oyunçuları dəyişdirmək həvəsi yoxdur

Ermənistanda hökumət başçısı və üzvləri artıq bəlli olub. Xəbər verildiyi kimi, yeni baş nazir Serj Sərkisyan keçmiş baş nazir Karen Karapetyanı özünə 1-ci müavin təyin edib.

Politoloq Ruben Mehrabyan erməni mediasına verdiyi müsahibədə Karen Karapetyanın təyinatını Serj Sərkisyanın hökumət daxilindəki balansı pozmamaq niyyəti ilə izah edib.

Ruben Mehrabyan hesab edir ki, Karen Karapetyan müəyyən maraq qruplarını təmsil edən bir fiqurdur. "Bu qrup hakimiyyətdaxili "tortda” paya sahibdir. Serj Sərkisyanın özünün dediyi kimi, o, bu balansın pozulmamasının əsas qarantı olacaq. Bununla, S.Sərkisyan vətəndaşları narahat edən məsələlərdən daha çox öz istəyinin əsas olduğunu büruzə vermiş olub”, - politoloq qeyd edib.

R.Mehrabyan Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılacaq danışıqlarda yenə də Serj Sərkisyanın rəhbərlik edəcəyini deyib: "Qarabağ probleminin nizamlanmasında kəskin dəyişiklik heç kimə sərf eləmir. Elə Minsk Qrupunun həmsədr ölkələrinin də yarışın ortasında oyunçuları dəyişdirmək həvəsi yoxdur. Özü də Qarabağ meydanı dünyada Qərb və Rusiyanın maraqlarının toqquşmadığı və bir-birləri ilə zidd düşmədiyi yeganə sahə sayılır”.

Mehrabyan yaxın vaxtlarda Qarabağ məsələsində düyümün çözülməsinin mümkün olmadığını, lakin münaqişənin idarə olunması yönündə cəhdlər olunacağını sözlərinə əlavə edib.

Qafqaz institutunun elmi əməkdaşı, politoloq Hrant Mikaelyan da icraedici gücün indən belə baş nazirə keçdiyi düşüncəsindədir. Lakin o, prezidentin də müəyyən məsələlərə təsir göstərəcəyini istisna etməyib.

Hrant Mikaelyan da Ruben Mehrabyan kimi Qarabağ probleminin nizamlanması prosesini Ermənistan tərəfdən Serj Sərksiyanın izləyəcəyini deyir.

"İstənilən halda Ermənistanın bu savaşda maraqları məsələsində ümumi anlayışlar var. Bu danışıqlarda Serj Sərkisyan qədər təcrübəlisi yoxdur. Doğrudur o, əvəzedilməz sayılmasa da, hər halda bu prosesdə olduqca vacib fiqur hesab olunur”, Mikaelyan bildirib.(musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook