SON XƏBƏR

"Qarabağ" Azərbaycan futbolunda şərəfli tarix yazdı

Avqust 24
00:48 2017
Azərbaycan futbolunda yeni tarix yazılıb. Bu tarixin müəllifi isə son illər futbolumuzdakı bütün ilklərin müllifi "Qarabağ" olub.
 
Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub. "Qarabağ" turnirin "play-off" mərhələsində Danimarkanın "Kopenhagen" klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan Qurban qurbanovun yetirmələri cavab matçında məğlub olub - 1:2. Səfər qolu hesabına qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" adını Avropanın ən güclü 32 komandası arasına yazdırıb.

Çempionlar Liqası
 
Pley-off mərhələsi
 
Cavab oyunu
 
23 avqust
 
Kopenhagen (Danimarka) - Qarabağ (Azərbaycan) 2:1
 
Qollar: Federiko Santander, 45. Andriya Pavloviç, 66 - Dino Ndlovu, 63.
 
Kopenhagen: 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Uilyam Kvist (k), 7. Benyamin Verbiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç, 16. Yan Qrequs, 17. Kasper Kusk, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner.
 
Ehtiyat oyunçular: 1. Stefan Andersen, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 24. Yussef Tutu,  28. Pieros Sotiriu, 32. Danni Amankva.
Baş məşqçi: Stole Solbakken.
 
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.
 
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
 
Baş məşqçi: Qurban Qurbanov.
 
Hakimlər: Alberto Undiano Mallenko, Roberto Alonso Fernandes, Raul Kabanyero Martines, Dieqo Barbero Sevilya (İspaniya).
 
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines (İspaniya).
 
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya).
 
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya).
 
Kopenhagen. "Tella Parken” stadionu.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook