SON XƏBƏR

Qanlı 20 Yanvarın 30 illiyi necə qeyd olunacaq?

Dekabr 09
14:02 2019
Gələn il Sovet Ordusunun hərbi hisslərinin Azərbaycanda törətdiyi 20 Yanvar qətliamının 30 ili tamam olacaq. Hazırda Bakıda "20 Yanvar” adlı küçə, metrostansiya, hadisə zamanı öldürülən günahsız insanların dəfn olunduğu Şəhidlər Xiyabanı var.

Hər il 20 yanvar hadisəsinin ildönümü ərəfəsində istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, faciəni əks etdirən filmlər, tamaşalar nümayiş olunur.

Bəs 2020-ci ildə 20 Yanvar qətliamının 30 illiyi necə qeyd olunacaq?

"20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə bu barədə Modern.az-a danışıb. O bildirib ki, 30 illiklə bağlı bəzi təkliflər irəli sürülüb:

"2020-ci ildə 20 Yanvar faciəsinin ildönümünün keçirilməsi ilə bağlı bəzi təkliflər irəli sürmüşük. Bu təklifləri Prezident Administrasiyasına vermişik. Bizdə olan məlumata görə, 20 Yanvar faciəsinin 30 illiyinin yüksək səviyyədə keçirilməsi planlaşdırılır”.

Sultan Əzimzadə qeyd edib ki, səfirliklər də bu məsələdə aktivlik nümayiş etdirməlidir:

"Xaricdəki səfirliklərimiz bu məsələyə geniş tərkibdə dəstək olmalıdır. Vaxtilə səfirliklərə bu barədə videosüjetlər vermişik. Onların hər birində geniş məlumatlar var. Bildiyiniz kimi, haqq-ədalətin yer tapması, faciənin dünyaya tanıdılması istiqamətində ən böyük iş mətbuatın üzərinə düşür. Çünki mətbut bunları gündəmə gətirməsə, heç kəs xəbər tuta bilməz. Ona görə də mətbuat səhifələrində bu məsələyə geniş yer verilməlidir”.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bəzi tədbirlərin keçirilməsi planlaşdırılır. Hələlik açıqlama vermirlər. 30 illik üçün tədbirlər fərqli olacaq”,-deyə sədr əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook