SON XƏBƏR

Qalmaqallı deputatın qızı namizəd oldu (FOTOLAR)

Yanvar 09
13:42 2020
V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizəddir.

Qaynarinfo xəbər verir ki, deputat qarşıdan gələn növbədənkənar parlament seçkilərnə qatılacaq. Bu dəfə özü deyil, qızı ilə. Belə ki, o, qızının namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən fərdi namizəd kimi irəli sürüb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən bildirilib ki, Xanhüseyn Kazımlının qızı sənədlərini DSK-ya dünən təqdim edib: "Əsli Kazımova deputatlığa namizəd olmaq üçün sənədlərini dünən təqdim edib”.

Qeyd edək ki, Xanhüseyn Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook