SON XƏBƏR

Qalmaqal sülhlə nəticələndi - Bərdəli stomotoloqlar İcra başçısından üzr istədilər

Mart 19
17:07 2017
"Sərəncamı yanlış anlamışıq”
 
Bərdə rayonunda fəaliyyət göstərən stomotoloqlar və diş texnikləri icra başçısı Vidadı İsayevə müraciət edib. Onlar müraciətin bir surətini də azadliq.info-ya yollayıb. Stomotoloq və diş texnikləri bildirir ki, onlar icra başçısın stomotoloji kabinetlər barədə sərəncamını yanlış anlayıblar.
 
Qeyd edək ki, ötən gün Vidadi İsayevin stomotoloji kabinetlər bağlatdırması barədə məlumat yayılmışdı. Stomotoloqlara istinad edilən məlumatda bildirilirdi ki, icra başçısı kabinetləri heç bir əsas olmadan, məqsədli şəkildə bağlayıb. İddia olunurdu ki, Vidadi İsayev yenidən fəaliyyət üçün 5 min manat tələb edir.
 
Lakin icra başçısına müraciət edən stomotoloq və diş texniklərinin sözlərinə görə, onlara aydın olub ki, bu sərəncam qanunsuz fəaliyyət göstərən kabinetlər üçündür və burada hər hansı başqa məqsəd yoxdur. Müraciət müəllifləri yazır: "Stomotoloji fəaliyyətin monitorinqi barədə verdiyiniz sərəncamı səhv anlamadığımıza görə sizdən üzr istəyirik. Əslində bu sərəncamın rayonda stomotoloji sahəyə aid olmayanların bu işlə məşğul olmasının qarşısının alınmasına yönəldiyini anlayaraq komissiyanın sədri Eldəniz Səfərov və komissiya üzvlərinə təşəkkür edirik və bu addımı dəstəklədiyimizi bəyan edirik”.
 
Müraciəti Bəhlul Abbaslı, Vüqar Quliyev, Əli Quliyev, Şamxal Quliyev, Fərhad Quliyev, Ərəstun Əliyev, Yunis Mehrəliyev, Raziyyə Ravəndi və Hikmət Məmmədov adlı şəxslər imzalayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook