SON XƏBƏR

Qadın cüdoçumuz Avropa kubokunda bürünc medal qazanıb

İyun 05
12:23 2017
Avstriyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib.
 
"Report" xəbər verir ki, mötəbər turnirdə Azərbaycan millisi də təmsil olunub.
 
52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Yarımfinalda isə israilli Betina Temelkovaya uduzaraq üçüncülük uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə hollandiyalı rəqibi Danique Janssenə qalib gələn Əzizova bürünc medal qazanıb.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook