SON XƏBƏR

"Qaçqınkom" Ağdam qəsəbələrində ümumi hamamları mənzillərə çevirir

May 20
14:08 2019
Ağdam rayonunun ərazisində yerləşən 4 yol-1, Quzanlı qəsəbələrində fəaliyyət göstərən ümumi hamamlar ləğv edilib. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə adıçəkilən qəsəbələr inşa edilərkən layihədə hər bir evdə hamam tikilməsi nəzərdə tutulsa da, hamamlar inşa edilməyib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyi layihəni pozaraq 1000-1500 arası evlərdən ibarət olan qəsəbələrdə sakinlərin istifadəsi üçün ümumi hamamlar inşa ediblər. 
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi son bir ayda bu qəsəbələrdə inşa edilmiş ümumi hamamları rekonstruksiya edərək mənzillərə çevirib. 
 
Məlumata görə yuxarıda qeyd olunan qəsəbələrdə hamamların mənzillərə çevrilməsi prosesi artıq yekunlaşıb. 
 
Yaxın zamanlarda Bakı şəhərində yerləşən bəzi yataqxanalardan sakinlərin qeyd olunan ünvanlara köçürüləcəyi gözlənilir. 
 
Qəsəbə sakinləri deyir ki, rekonstruksiya edilən hamamların yerində yaranan mənzillər yeni inşa edilən mənzillər kimi "oformut" edilərək dövlət büdcəsindən ayrılan pullar qurumun səlahiyyətli şəxsləri tərəfindən mənimsənilir.
 
Məsələyə aydıqnlıq gətirilməsi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. 
 
Lakin Komitədən heç bir açıqlama verilmədi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook