SON XƏBƏR

Putinin hüquqlarını məhdudlaşdırmaq istəyirlər...

Sentyabr 19
14:25 2017
Rusiya prezidentinin hərbi qüvvəni xaricdə istifadə etmək hüququnu məhdudlaşdırmaq istəyirlər.
 
Virtualaz.org-un Rusiya KİV-ə istinadən məlumatına görə, bununla bağlı "Yabloko" siyasi partiyasının fraksiyaları üç regional qanunverici iclasda qanun layihəsi təklif ediblər.
 
Partiya tərəfindən təklif olunan düzəlişlərdə deyilir ki, Rusiya silahlı qüvvələrinin ölkə xaricində operativ istifadə müddəti 60 gündən, qeyri-operativ isə bir ildən çox olmamalıdır.
 
Prezident istifadə müddətlərini uzatmaq uçun Federasiya Şurasına müraciət etməlidir.
 
Düzəlişlərin "Müdafiə haqqında” qanuna daxil edilməsi planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook