SON XƏBƏR

Putinin hərbi blokuna bakılı general rəhbərlik edəcək

Noyabr 05
11:41 2018
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının boş qalan Baş katibi postuna belaruslu general-mayor Stanislav Zasın təyinatı gündəmdədir.

Qlobal.az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant” qəzeti məlumat yayıb. 

Yekun qərar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı liderlərinin 8 noyabr tarixli görüşündə müzakirə olunacaq.

"Yekun qərar noyabrın 8-də qəbul olunacaq. İntriqa ondadır ki, boş qalan vakansiyaya Ermənistan da iddialıdır. Belə ki, Baş katib postu rotasiya qaydası ilə 3 illik müddətə Ermənistana verilmişdi. Lakin Baş katib Yuri Xaçaturov yalnız 1,5 il bu postda çalışdıqdan sonra vətənində müxtəlif cinayətlərdə ittiham olunaraq postundan geri çağırılmışdı” - deyə qəzet yazır.

Maraqlıdır ki, Stanislav Zas 1985-ci ildə Bakı Ümumqoşun Komandirlər Məktəbini bitirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook