SON XƏBƏR

Putinin fantastik silahının yeni görüntüləri - VİDEO

Mart 30
12:45 2018
Rusiya Müdafiə Nazirliyi "Sarmat” ağır qitələrarası ballistik raketlərin sınağına dair yeni video yayıb.

AzVision.az xəbər verir ki, 23 saniyəlik videoda raketin Plesetsk kosmodromundan havaya buraxılması əks olunur.
 
Bu, "Sarmat” ballistik raketlərinin ikinci sınağıdır. İlk sınaqlar ötən ilin dekabrında həyata keçirilib. 



Xatırladaq ki, bu ilin martın 1-də Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində ölkənin ən son hərbi nailiyyətlərini təqdim edib. O, bunların sadəcə fantastika olduğunu vurğulayıb. Putin bəyan edib ki, Rusiyada "Sarmat” ağır qitələrarası ballistik raketlərinin uçuş məsafəsi ilə bağlı heç bir məhdudiyyəti yoxdur və istənilən Hava Hücumundan Müdafiə (HHM) sistemindən yayınmaq imkanına malikdir. Yeni raket kompleksləri SSRİ-də yaradılan "Voveda” komplekslərini əvəzləyəcək. "Sarmat” onu uçuş məsafəsinin uzaqlığı, hərbi blokların sayı və gücünə görə üstələyir. 

Putin, həmçinin qeyd edib ki, raketlər həm cənub, həm də şimal qütbündə hədəfləri vurmaq qabiliyyətinə malikdir və heç bir Hava Hücumundan Müdafiə sistemi ona mane ola bilməz.

Qlobal.Az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook