SON XƏBƏR

Putinin bu təklifi hələ də qüvvədədir - Lavrovdan açıqlama

Yanvar 24
06:28 2017
Rusiya Prezidenti Vladimir Putinin Suriyada birgə cəbhə yaratmaq barədə təklifi hələ də qüvvəsindədir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib. Putinin yarım il əvvəl BMT-nin Baş Məclisində beynəlxalq terrorizmlə mübarizə üçün birgə cəbhə qurmaq çağırışı etdiyini xatırladan Lavrov deyib:

"Rusiyanın bu təşəbbüsü qüvvəsindədir. Donald Tramp rəhbərliyinin terrorizmlə mübarizə sahəsində formula edəcəyi əsas mövqeləri də nəzərə almağa hazırıq. Rusiya və ABŞ-ın terrorla mübarizədə əməkdaşlıq etmək üçün konseptual və real əsası var".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook