SON XƏBƏR

Putini koronavirusdan necə qoruyurlar?

Mart 04
17:13 2020
Kreml əlindən gələni edir ki, koronavirus prezidentə yaxın düşə bilməsin.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Söhbət adi profilaktik gigiyena tədbirlərindən gedir", - Peskov deyib və əlavə edib ki, Rusiyanın istənilən vətəndaşı özünü bu cür qoruya bilər.

Prezidentin Novo-Oqaryovodakı iqamətgahında qonaqlarda temperaturun ölçüldüyü bildirilir.

Ümumilikdə Rusiyada 6 koronavirus diaqnozu qoyulub. Yoluxmuşlardan ikisi artıq sağalıb və ölkəni tərk edib - bunlar fevralın ortalarında orqanizmində infeksiya tapılan çinlilər olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook