SON XƏBƏR

Putinə yaxın oliqarx Trampın seçki kampaniyasının rəhbərinə 10 milyon dollar verib

İyun 28
23:29 2018
Manafortun Rusiya ilə əlaqələrinə dair yeni məlumatlar üzə çıxdı

"Reuters” agentliyi xəbər verir ki, bu yaxınlarda açıqlanan məhkəmə sənədləri göstərir ki, ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort rusiyalı milyarder Oleq Deripaskadan 10 milyon dollar məbləğində kredit alıbmış.

Onların arasında əlaqə olması barədə faktlar iyunun 27-də açılıb. Məlumata görə, Manafort və onun xanımına aid şirkətin vergi bəyannaməsi göstərir ki, onlar Deripaskadan kredit götürüblər. Rusiyanın metallurgiya maqnatı Deripaska prezident Vladimir Putinin yaxın adamlarındandır və bu il ABŞ-ın sanksiyalarına düşüb.

ABŞ Federal Təhqiqat Bürosunun agentləri 2017-ci ilin iyulunda Manafortun evində reyd keçiriblər. Məlumatlara görə Manafort vaxtilə Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukoviçə məsləhətçilik edib, konkret 2004-2010-cu illərdə keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç və onun"Regionlar partiyası”nın seçkiqabağı kampaniyasının müşaviri olub.

"Reuters” yazır ki, bu yaxınlarda açıqlanan məhkəmə sənədləri göstərir ki, Deripaska onun bu yöndə fəaliyyətini dəstəkləyən admlardan biri imiş. Manaforta qarşı ittihamlar Rusiyanın ABŞ seçkisinə mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Muellerin təhqiqatından qaynaqlanıb.

(Azadlıq radiosu)

Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook