SON XƏBƏR

Putin “vor zakon”ları Rusiyadan didərgin salacaq qanunu imzaladı

Aprel 01
16:49 2019
Rusiya prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qruplaşmaları yaradanlar və bu qruplaşmalarda iştirak edənlər üçün cəzanı sərtləşdirən qanunu imzalayıb.

Virtualaz.org xəbər verir ki, qanun bu gün aprelin 1-dən qüvvəyə minib. Qanuna əsasən "vor zakon” statusu daşıyan şəxslər avtomatik olaraq cinayət məsuliyyəti daşımış olacaq və belələri 8 ildən 15 ilə qədər həbs cəzası alacaq. Habelə "vor zakon”lara bu cəza müddətindən aşağı həbs müddəti və ya şərti cəza verilə bilməz.
 
Hesab edilir ki, qanun kriminal avtoritetlərin Rusiyanı tərk etməsinə və başqa ölkələrdə gizlənərək cinayətkar sindikatlarını idarə etməsinə səbəb olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook