SON XƏBƏR

Putin: “Türkiyə prezidenti ilə danışıqlarımız konstruktiv keçdi“

Dekabr 12
06:38 2017
Türkiyə prezidenti ilə danışıqlar işgüzar və konstruktiv şəraitdə keçdi.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

"Qeyd etmək istərdim ki, danışıqlar işgüzar və konstruktiv şəraitdə baş tutdu. Biz ikitərəfli əməkdaşlıq, o cümlədən strateji ticarət-iqtisadi və hərbi-texniki layihələrin həyata keçirilməsini müzakirə etdik, beynəlxalq və regional gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi apardıq” deyə V.Putin bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook