SON XƏBƏR

Putin: “Trampa mane olanlar var”

Mart 10
08:04 2018
ABŞ prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında münasibətlərin normallaşmasını istəyir, lakin ona mane olanlar var.
 
APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində bəyan edib.
 
"Biz sizə düşmən damğası vurmamışıq. Siz parlament səviyyəsində, Konqres səviyyəsində Rusiyanı düşmən siyahısına daxil etmisiniz. Niyə bunu etdiniz? Məgər biz ABŞ-a qarşı sanksiyalar tətbiq etmişik? ABŞ bizə qarşı sanksiyalar tətbiq edib. Güman edirəm ki, Donald Tramp münasibətlərin normallaşmasını istəyir, amma ona mane olan qüvvələr var”, deyə V.Putin əlavə edib
 
Rusiya prezidenti həmçinin deyib ki, iki ölkə arasında gərginliyin azalması, münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook