SON XƏBƏR

Putin: "Suriyanın demək olar bütün ərazisi terrorçulardan azad edilib"

Dekabr 05
01:01 2017
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriyanın demək olar ki, bütün ərazisi, o cümlədən xristianların tarixi yaşayış məskənləri terrorçulardan azad edilib.
 
"Report” TASS-a istinadən xəbər verir ki, bunu o, yerli pravoslav kilsələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü zamanı deyib.
 
"Bu gün ərəb ölkəsində vəziyyət tədricən dəyişir, Suriya silahlı qüvvələri Rusiya hərbçilərinin dəstəyi ilə demək olar ki, bütün ölkə ərazisini, o cümlədən xristianların tarixən yaşadıqları yerləri terrorçulardan azad ediblər", - deyə Putin bildirib.
 
Dövlət başçısı həmçinin əlavə edib ki, Rusiya döyüşlər zamanı dağılmış müsəlman və yəhudilərə məxsus müqəddəs yerlərin bərpasına da köməklik göstərəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook