SON XƏBƏR

Putin separatçı bölgəyə səfər edəcək

Avqust 02
10:46 2017
Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Gürcüstanın separatçı Abxaziya bölgəsinə səfər edəcək.
 
Virtualaz.org xəbər verir ki, bu haqda RBC agentliyi Rusiya və Abxaziya mənbələrinə istinadən bildirir. Səfərin hazırlanmasının gedişi ilə tanış olan mənbələr deyiblər ki, Putinin səfəri qısamüddətli olacaq, Rusiya prezidenti separatçı bölgənin "prezidenti” Raul Hadjimba ilə görüşəcək və Abxaziyanı tərk edəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu informasiyanı şərh etməyib.

Xatırladaq ki, 2008-ci il avqustun 8-də Rusiya qoşunları Gürcüstana qarşı hərbi əməliyyatlara başlayıb və 5 gün davam edən müharibə nəticəsində separatçı Abxaziya ilə Cənubi Osetiya bölgəsi tamamilə rus qoşunlarının nəzarətinə keçib. Həmin müharibə Gürcüstan ordusunun Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək cəhdindən sonra başlamışdı. Həmin vaxt Vladimir Putin baş nazir vəzifəsini tuturdu. Lakin çoxları hesab edir ki, Gürcüstana hərbi müdaxilə qərarını məhz o vermişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook