SON XƏBƏR

Putin-Netanyahu razılaşması:Rusiya və İsrail birgə müşahidə qrupu yaradır

Mart 04
10:28 2019
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail və Rusiya xarici qüvvələrin Suriyadan geri çəkilməsini araşdırmaq üçün birgə qrup formalaşdıracaq. İsrail İran qüvvələrinin Suriyadan çıxmasını istəyir və bölgədəki düşməninin Suriyada mövqelərini möhkəmlətməsinə imkan verməyəcəyinə söz verib.

Netanyahu keçən həftə çərşənbə günü Moskvada Rusiya prezidenti Vladimir Putinlə İranın Suriyada mövcudluğu məsələsinin müzakirə edib.

"Mən birmənalı şəkildə aydın etmişəm ki, İsrail İranın Suriyada mövqeyini möhkəmlətməsinə imkan verməyəcək və mən onu da birmənalı şəkildə bildirmiəm ki, biz ona qarşı hərbi əməliyyatları davam etdirəcəyik. Prezident Putin və mən həmçinin birgə məqsəd barədə razılığa gəlmişik: vətəndaş müharibəsinin başlamasından sonra xarici qüvvələrin Suriyadan çıxarılması. Biz bu məqsədə nail olmaq üçün bütün elementlərlə yanaşı birgə qrup yaratmışıq”, Netanyahu əlavə edib.

İsrail Suriyada yüzlərlə hava hücumu keçirərək, İran və Livanın şiə Hizbullah qrupunun mövqelərini hədəf aldığını və Rusiya ilə toqquşmanın baş verməsinə yol verməmək üçün qaynar xəttin yaradıldığını bildirib.

İran, Rusiya və Tehranın dəstəklədiyi Hizbullah 2011-ci ildə başlayan vətəndaş müharibəsində Suriya prezidenti Bəşar Əsədi dəstəkləyir.

(Amerikanın səsi)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook